fbpx
Xəbərlər

Xankəndidə doğulan Fəxrəddin Manafov: “Torpağı öpüb, gözümə qoyacağam”

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

“O gün bütün gecəni sabaha qədər nə televizorun, nə də ki, internetin qarşısından ayrıla bilirdim, çünki bu, vacib an idi. Bu, nəticədir. Bu, 44 günlük, müzəffər günümüzün nəticəsidir. Ən vacibi də odur ki, Xankəndi şəhərində dünyaya gəlmişəm, gözümü açmışam. Bu mənim, bütün Azərbaycan, dünya azərbaycanlıları və türk milləti üçün çox böyük sevindirici andır. Allaha çox şükür!”

Metbuat.az “Bizim.Media”ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Fəxrəddin Manafov “Sabahın xeyir, Azərbaycan!” verilişinə müsahibəsində deyib.

Xankəndidə anadan olan F.Manafov doğma torpağına gedəcəyi günün çox yaxından olduğunu vurğulayıb:

“Çox xoşbəxtəm. Şuşada və Füzulidə oldum. İnşallah, o günü gözləyirəm ki, nəhayət, doğulduğum Xankəndiyə də gəlib, oradan aşağı düşüb Həsənabad kəndində o torpaqlarımızı (kövrəlir) öpüb, gözümə qoyacağam”.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Xankəndidə #doğulan #Fəxrəddin #Manafov #Torpağı #öpüb #gözümə #qoyacağam

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu