fbpx

Xankəndidə mülki əhali silahlandırılır – VİDEO

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Xəbər verdiyimiz kimi, Azərbaycanın keçirdiyi lokal antiterror tədbirləri dünən yekunlaşıb.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, bu gün erməni telegram kanallarında Xankəndidə mülki şəxslərin silahlandırılmasını əks etdirən görüntülər kadrlara düşüb. Görüntülərdə mülki geyimdə olan şəxsin ciynində avtomat asıldığı görünür.

Bu da növbəti dəfə qarşı tərəfin bütün beynəlxalq normaları pozaraq mülki şəxslərə də silah verdiyini və bundan növbəti təxribat məqsədli istifadəni planlaşdırdığı ehtimal olunur.

Həmin görüntüləri təqdim edirk:

Xatırladaq ki, əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Xankəndidə #mülki #əhali #silahlandırılır #VİDEO

Bir Cevap Yazın

Başa dön tuşu