fbpx

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı artıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Cari ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 1143,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 37,4% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Metbuat.az Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, gələnlərin 32,8%-i Rusiya, 18,2%-i Türkiyə, 7,4%-i İran, 4,9%-i Hindistan, 4,7%-i Gürcüstan, 3,9%-i Səudiyyə Ərəbistanı, 2,4%-i Qazaxıstan, 2,3%-i Pakistan, 2,1%-i Birləşmiş Ərəb Əmirlikləri, 1,8%-i Özbəkistan, hər birindən 1,5% olmaqla İsrail və Ukrayna, 1,4%-i Belarus, 1,3%-i Küveyt, hər birindən 1,2% olmaqla Böyük Britaniya və Türkmənistan, 11,4%-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 70,5%-ni kişilər, 29,5%-ni qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 8,3 dəfə, Türkmənistandan – 3,8 dəfə, Hindistandan – 2,6 dəfə, Belarusdan – 2,0 dəfə, Özbəkistandan – 1,9 dəfə, Qazaxıstandan – 1,8 dəfə, Rusiya Federasiyasından – 1,7 dəfə, İsraildən – 44,2%, ABŞ-dan – 38,7%, Gürcüstandan – 34,5%, Böyük Britaniyadan – 29,2%, Küveytdən – 26,6%, Türkiyədən – 18,8%, Birləşmiş Ərəb Əmirliklərindən – 15,8%, Pakistandan – 6,3% artıb.

2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,7 dəfə artaraq 477,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 36,5% artaraq 57,2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,6% azalaraq 185,4 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,1%-i hava, 27,6%-i dəmir yolu və avtomobil, 1,3%-i isə dəniz nəqliyyatından istifadə edib.

2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 19,8% artaraq 993,5 min nəfər olub. Rusiyaya gedən Azərbaycan vətəndaşlarının sayı 1,6 dəfə, Gürcüstana gedənlərin sayı 32,5%, Türkiyəyə gedənlərin sayı 6,4% artıb, İrana gedənlərin sayı 24,7% azalıb. Ölkə vətəndaşlarının 42,5%-i Türkiyəyə, 22,7%-i Rusiya Federasiyasına, 9,2%-i Gürcüstana, 7,7%-i İrana, 17,9%-i digər ölkələrə səfər edib. Gedənlərin 66,5%-ni kişilər, 33,5%-ni qadınlar təşkil edib.

2023-cü ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68%-i hava, 29,3%-i dəmir yolu və avtomobil, 2,7%-i isə dəniz nəqliyyatından istifadə edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Xaricə #gedən #Azərbaycan #vətəndaşlarının #sayı #artıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu