fbpx
Xəbərlər

​Xaricə müalicəyə göndərilmiş Vətən müharibəsi qazilərinin sayı AÇIQLANDI

BEY.AZ informasiya agentliyi xəbər verir


Vətən müharibəsində sağlamlığını itirmiş 259 nəfər xarici ölkələrə müalicəyə göndərilib.

Metbuat.az xəbər verir ki, Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib ki, Vətən müharibəsi dövründə sağlamlığını itirmiş 259 nəfər xarici ölkələrə müayinə və müalicəyə göndərilib.

Nazir həmin şəxslərin böyük əksəriyyətinin müalicəsini başa vuraraq Vətənə qayıtdıqlarını diqqətə çatdırıb.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin müvafiq fərmanının tələblərinə əsasən 1997-ci ilin 2 avqust tarixinə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 17 995 şəhadətnamə elektron informasiya alt sisteminə yerləşdirilib.

General-polkovnik Z.Həsənov Vətən müharibəsi zamanı yaralıların döyüş meydanından təxliyə olunması, 11110 nəfərə tibbi yardımın göstərilməsi və tezliklə sağalması üçün əllərindən gələni edən tibb işçilərinə təşəkkürünü bildirib.

Müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları aidiyyəti üzrə çatdırıb, tibb xidmətinin daha da təkmilləşdirilməsi ilə bağlı göstərişlər verib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu