fbpx

Xarici ölkələrin Baş prokurorları Fəxri Xiyabanı ziyarət edib

BEY.AZ informasiya agentliyi xəbər verir


Xarici ölkələrin Baş prokurorları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib.

Metbuat.az xəbər verir ki, Müstəqil Dövlətlər Birliyi (MDB) İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Bakıda səfərdə olan ölkələrin Baş prokurorları, nümayəndə heyətlərinin rəhbərləri, beynəlxalq təşkilatların məsul əməkdaşları Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Daha sonra qonaqlar Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini anıb, “Əbədi Məşəl” abidəsinin önünə əklil qoymuşlar.

Bundan sonra Baş prokurorlar Mərkəzi Park ərazisində xatirə ağaclarının əkilməsi mərasiminə qatılıblar.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Xarici #ölkələrin #Baş #prokurorları #Fəxri #Xiyabanı #ziyarət #edib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu