fbpx
Xəbərlər

Xartumda toqquşmalar səngimir – ABŞ araya girdi

BEY.AZ informasiya agentliyi xəbər verir



Sudanda atəşkəsə baxmayaraq, gərginlik azalmır.

Metbuat.az xəbər verir ki, paytaxt Xartumda toqquşmalar baş verərkən, bölgədən partlayış xəbərləri gəlir. Birləşmiş Millətlər Təşkilatı bəyan edib ki, münaqişələr davam edərsə, bu, region ölkələrinə də təsir edə bilər. ABŞ isə tərəfləri sanksiyalarla hədələyib. Dövlət katibi Antoni Blinken sudanlı generallara xəbərdarlıq edib ki, atəşkəsə əməl etməsələr sanksiyalarla üzləşəcəklər. Məlumata görə, Sudan ordusu ilə paramilitar Çevik Dəstək Qüvvələri arasında Ciddədə imzalanan atəşkəs razılaşmasından qısa müddət sonra paytaxtda silah səsləri eşidilib. Paytaxt Xartuma hava zərbəsi endirilib.

Tərəflər şəhərin bəzi rayonlarında ağır və yüngül silahlardan istifadə edir. Sudanın Həkimlər Birliyi qarşıdurmalarda ümumilikdə 863 nəfərin öldüyünü, 3531 nəfərin yaralandığını açıqlayıb.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Xartumda #toqquşmalar #səngimir #ABŞ #araya #girdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu