Xavi qərarını niyə dəyişdi?
“Barselona”nın baş məşqçisi Xavi klubda qalmaq qərarını şərh edib.
BEY.AZ xəbər verir ki, o, keçirilən mətbuat konfransında deyib: “Prezidentdən və oyunçulardan tam etimad hiss etdiyim üçün fikrimi dəyişdim. Layihə hələ tamamlanmayıb. İşçi heyətim və mən vacib bir şeyə nail olmaq üçün güclənmişik. Hər kəs mənim bu kluba münasibətimi bilir”.
Qeyd edək ki, bu gün “Barselona” Xavi ilə əməkdaşlığa davam edəcəyini açıqlayıb.Mütəxəssis yanvarda bu mövsümün sonunda klubdan ayrılacağını açıqlamışdı.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.