fbpx
Xəbərlər

Ceyhun Bayramov Uqandanın Vitse-prezidenti ilə görüşüb

BEY.AZ informasiya agentliyi xəbər verir


Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Uqandanın Vitse-prezidenti Cessika Roz Epel Alupo ilə görüşüb.

Metbuat.az-a Naziriyin mətbuat xidmətindən verilən xəbərə görə, görüş zamanı tərəflər beynəlxalq çoxtərəfli platformalarda, xüsusilə də Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyətlər və gələcək planlar barədə ətraflı müzakirə aparıblar.

Nazir Ceyhun Bayramov ölkəmizin sədrliyi çərçivəsində irəli sürülmüş təşəbbüslər, beynəlxalq tədbirlərin təşkili təcrübəsi ilə bölüşüb. Hərəkat çərçivəsində gənclər şəbəkəsinin, Parlament ölçüsünün irəlilədildiyi və təsis edildiyi vurğulanıb.

Qarşı tərəf Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin bir çox ölkələr üçün nümunəvi olduğunu, növbəti mərhələdə Hərəkata sədrlik etmək niyyəti olan Uqandanın ölkəmizlə sıx əməkdaşlıq etmək planları barədə məlumat verib.

Daha sonra, digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu