fbpx

Bu məktəblərdə direktor olmaq istəyən 271 nəfər imtahan verəcək

BEY.AZ informasiya agentliyi xəbər verir



Peşə təhsil müəssisələrində direktor və direktor müavini kimi çalışmaq istəyən şəxslər üçün müsabiqənin 7-20 iyul tarixlərində baş tutan elektron müraciət mərhələsi başa çatıb.

Metbuat.az xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyindən verilən məlumata görə, respublika üzrə 19 direktor vakant vəzifəsi üzrə 311 müraciət, 27 direktor müavini vakant vəzifəsi üzrə isə 473 müraciət daxil olub. Direktor vakant vəzifəsi üzrə müraciətçilərdən 271 nəfəri, direktor müavini vakant vəzifəsi isə üzrə müraciət edənlərdən isə 386 nəfəri imtahan mərhələsində iştirak hüququ qazanıb.

Test imtahanı mərhələsinə buraxılma ilə bağlı məlumat namizədlərin portal.edu.az platformasındakı şəxsi kabinetlərinə məlumat göndərilib. Ərizələri təsdiq edilən namizədlər 26 iyul tarixində qanunvericilik və məntiqə aid suallardan ibarət test imtahanında iştirak edəcəklər. İmtahanın vaxtı və keçirilmə yeri ilə əlaqəli məlumatlar SMS vasitəsi ilə namizədlərə göndəriləcək.

Qeyd edək ki, direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsi elektron ərizə qeydiyyatı və vakant yerlərin seçilməsi, test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #məktəblərdə #direktor #olmaq #istəyən #nəfər #imtahan #verəcək

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu