fbpx
Xəbərlər

​Xavinin Arda barədə sözləri müzakirələrə səbəb oldu


“Barselona”nın baş məşqçisi Xavi Hernandez yaxın ətrafı ilə Arda Güler haqqında danışıb.

BEY.AZ xəbər verir ki, Xavinin Ardanı təriflədiyi bildirilir. “Defensa Central”ın məlumatına görə, İspan çalışdırıcı Ardanın yaxşı futbolçu olacağını deyib. Xavinin sözlərinə görə, Arda əsas heyətdə yer alsa o öz istedadını nümayiş etdirəcək.

“Arda Güleri müntəzəm oynatsalar, çox yaxşı olduğunu sübut edəcək. Buna tam əminəm” – Xavi deyib. Qeyd edək ki, Arda Güleri “Barselona” transfer etməyə çalışsa da, “Real Madrid”in maddi tərəfdən üstün təklifi onu fikrindən daşınıdırıb. “Fənərbaxça”nın keçmiş ulduzu “Barselona” əvəzinə Kataloniya nəhənginin əzəli rəqibi “Real Madrid”ə transfer olub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu