fbpx

XİN rəhbərlərinin “3+3” formatında növbəti görüşü gələn il Türkiyədə keçiriləcək

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

“3+3” formatında, lakin bizim müavinlərimizin səviyyəsindəki ilk görüş 2021-ci ilin dekabrında Moskvada keçirilib. Moskvada keçirilən görüşdə Rusiya tərəfi tədbirin təşkilatçısı kimi bu formatda əməli əməkdaşlıq layihələrinin perspektivlərinə baxışımızı əks etdirən sənədini təqdim edib. Bu, həm iqtisadiyyat, energetika, ticarət, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, təbii ehtiyatlar, həm də humanitar sahəni – təhsili, mədəniyyəti və turizmi əhatə edir.

BEY.AZ xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyasının (RF) xarici işlər naziri Sergey Lavrov Tehranda keçirilən “3+3” formatının nazirlər səviyyəsində birinci görüşünün yekunları ilə bağlı bildirib.

Nazirin sözlərinə görə, görüş iştirakçıları bütün bu istiqamətlər üzrə razılıq əldə ediblər.

“Tərəflər razılığa gəliblər ki, iştirakçı ölkələrin hər biri qeyd etdiyim istiqamətlər çərçivəsində özünün milli ideyalarını formalaşdıracaq xüsusi nümayəndəsini təyin edəcək. Sonra bütün bu istiqamətlər nazirlər səviyyəsində ikinci görüşə ev sahibliyi edəcək türkiyəli həmkarlarımız tərəfindən əlaqələndiriləcək. Bu görüş isə gələn ilin birinci yarısına planlaşdırılıb. Konkret qiymətləndirmələr və razılaşmalar bu gün İran İslam Respublikasının xarici işlər naziri tərəfindən elan ediləcək”, – deyə Sergey Lavrov diqqətə çatdırıb.

Rusiya XİN başçısı bildirib ki, görüş iştirakçıları regiondakı geosiyasi vəziyyəti müzakirə ediblər.

“Tərəflər Azərbaycan-Ermənistan, Azərbaycan-İran, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması proseslərindən məmnun olduqlarını ifadə ediblər. Bütün bu məsələlərlə bağlı Rusiya normallaşdırma proseslərini fəal şəkildə dəstəkləyir və biz bu işi davam etdirəcəyik”, – deyə rusiyalı nazir vurğulayıb.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #XİN #rəhbərlərinin #formatında #növbəti #görüşü #gələn #Türkiyədə #keçiriləcək

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu