fbpx

Xırdalanda avtobuslarda cibgirlik və soyğunçuluq edən şəxslər saxlanılıblar

BEY.AZ informasiya agentliyi xəbər verir

Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı avtobuslarda cibgirliklə məşğul olan şəxs saxlanılıb.

Bu barədə Metbuat.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Tədbir nəticəsində əvvəllər məhkum olunmuş Ruslan Məmmədov tutulub. Aparılan araşdırmalar zamanı onun Xırdalan şəhəri ərazisində hərəkət edən avtobuslarda əsasən qadın sərnişinlərin əl çantalarını və mobil telefonlarını oğurladığı məlum olub.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı isə Xırdalan şəhərində soyğunçulıuq edən əvvəllər məhkum olunmuş Valeri Kulikov saxlanılıb.

Faktlarla bağlı Abşeron RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. Saxlanılan şəxslərin Abşeron rayonu, eləcə də paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis orqanlarına, habelə DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu