fbpx
Xəbərlər

Xocalıda şirkət maşını dərəyə aşdı

BEY.AZ informasiya agentliyi xəbər verir


Xocalıda yük avtomobili aşıb.

Metbuat.az xəbər verir ki, hadisə Çanaqçı kəndində baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Xocalı Rayon Polis Şöbəsinə rayonun Çanaqçı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub: “Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Araşdırmalar zamanı məlum olub ki “Gədəbəy Sular” MMC-də sürücü işləyən, Bərdə rayon sakini Mahir Sadıqovun idarə etdiyi “Hyundai” markalı yük avtomobili idarə etməni itirərək yol kənarındakı dərəyə aşıb, nəticədə sərnişin, həmin MMC-də satış müdiri işləyən, Bərdə rayon sakini Hüseyn Məmişov müxtəlif bədən xəsarətləri alıb. Yaralıya ilkin tibbi yardım göstərilib və Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirib.

Faktla bağlı araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Xocalıda #şirkət #maşını #dərəyə #aşdı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu