fbpx

Xocavənddə fəhlələri daşıyan mikroavtobus aşdı


Xocavənd rayonunda fəaliyyət göstərən şirkətlərdən birinə məxsus fəhlələri daşıyan mikroavtobus aşıb.

BEY.AZ xəbər verir ki, hadisə rayonun Cəmiyyət kəndində qeydə alınıb. Belə ki, Biləsuvar rayon sakini Pənah Quliyevin idarə etdiyi “Mercedes” markalı sərnişin mikroavtobusunun əyləc sistemində yaranan nasazlıq səbəbindən sürücü idarəetməni itirib və mikroavtobus aşıb.

Qəzada mikroavtobusda olan ümumilikdə 17 nəfərdən 9-u xəsarət alıb. Həmin şəxslərə ilkin tibbi yardım göstərilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib.

O, bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin