fbpx

Xocavənddə həlak olanların adları AÇIQLANDI

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Xocavənddəki hadisə ilə bağlı məlumat yayıb.

Metbuat.az xəbər verir ki, agentliyin minaya düşərək həlak olan əməkdaşlarının kimliyi məlum olub.

Məlumatda bildirilir ki, bu gün səhər saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci km-də agentliyə məxsus və sözügesən yolda çalışan “Howo” markalı yük maşını tank əleyhinə minaya düşüb:

“Nəticədə agentliyin 2 əməkdaşı – 21.11.1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç və 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu həlak olublar. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həlak olanları həlak olanların ailələrinə və yaxınlarına baş sağlığı verir. Allah rəhmət eləsin!”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Xocavənddə #həlak #olanların #adları #AÇIQLANDI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu