fbpx

Xoşqədəmin verilişində dəyişiklik – VİDEO

BEY MEDIA İnformasiya agenti xəbər verir


ARB telekanalında yayımlanan “Səni axtarıram” verilişi ilə bağlı dəyişiklik ediləcək.

Metbuat.az xəbər verir ki, bu barədə proqramın aparıcısı Xoşqədəm Hidayətqızı məlumat verib.

O bildirib ki, bundan sonra verilişi həyat yoldaşı, türkiyəli müğənni Doğuşla birlikdə aparacaq:

“Gələn həftədən etibarən Doğuş bəylə birlikdə proqramı aparacağıq. Bilirsiniz ki, Doğuş bəy çətin həyat yaşamış bir insandır. Bu cür insanların dərdini məndən yaxşı anladığı üçün proqrama tam yaraşacaq. Əslində digər kanalda işləyəndə fikrimiz var idi. Amma indi gələn həftədən, ya da beşinci gündən burada olacaq”.

Bundan başqa, X.Hidayətqızı efir vaxtının axşam saat 22:00-a keçirilməsi barədə düşündüklərini də vurğulayıb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu