fbpx

“Ya sülh müqaviləsi pozulacaq, ya da Azərbaycan dəhlizi zorla alacaq” – “Hraparak”

“Ya sülh müqaviləsi pozulacaq, ya da Azərbaycan dəhlizi zorla almağa çalışacaq”.

bey.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb. Qəzet bildirir ki, Praqa görüşünün nəticələri hakimiyyət üçün gözlənilməz olub.

“Məsələ burasındadır ki, Nikol Paşinyan Praqa səfərindən əvvəl hamını əmin etdi ki, Qərbin və xüsusən də ABŞ-ın vasitəçiliyi ilə “dəhliz” sözü danışıqların gündəliyindən çıxarılıb və bu, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın nailiyyətidir.

Lakin Praqadan sonra Paşinyan dedi ki, Əliyev yolların açılmasının əleyhinədir, çünki o, yolun dəhliz rejimində açılmasını istəyir. Bu o deməkdir ki, ya sülh müqaviləsi heçə çevriləcək, ya da Azərbaycan dəhlizi güclə – müharibə yolu ilə əldə etməyə çalışacaq”, – deyə qəzet yazıb.

Bir Cevap Yazın

Başa dön tuşu