fbpx

YAP-ın nümayəndələri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

BEY.AZ informasiya agentliyi xəbər verir


Mayın 10-da müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabana gələrək Ulu Öndərin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Partiyadan Metbuat.az-a bildirilib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Azərbaycanın müstəqil dövlət kimi inkişafı və tarixi uğurlar qazanması ümummilli lider Heydər Əliyevin titanik fəaliyyəti, məqsədyönlü siyasəti və əbədiyaşar ideyaları ilə bağlıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2023-cü il respublikamızda “Heydər Əliyev İli” elan edilmişdir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü həm respublikamızda, həm də onun hüdudlarından kənarda təntənə ilə qeyd edilir.

Bu gün qüdrətli və qalib Azərbaycan dövləti ümummilli lider Heydər Əliyevin siyasi varisi, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə tərəqqi və Zəfər yolunda inamla irəliləyir, yeni-yeni nailiyyətlərə imza atır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#YAPın #nümayəndələri #ulu #öndər #Heydər #Əliyevin #məzarını #ziyarət #ediblər

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu