fbpx

​Yardımlıda “Gənclər Davamlı İnkişaf üçün” düşərgəsinin icrasına başlanılıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Avqustun 28-də “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Yardımlıda gənclərin fərdi inkişafına yönəlik “Gənclər Davamlı İnkişaf üçün” düşərgəsinin icrasına başlanılıb.

Metbuat.az xəbər verir ki, düşərgənin ilkin tanışlıq görüşündə layihənin əsas istiqamətləri, davamlılıq mərhələsi, düşərgə çərçivəsində baş tutacaq fəaliyyətlərlə bağlı məlumatlar diqqətə çatdırılıb. Qeyd olunub ki, layihə çərçivəsində ümumilikdə 45 gəncə “Dayanıqlı İnkişaf Məqsədləri və onun tədbiq sahələri”, “Layihələrin yazılması prosesində ideyanın formalaşdırılması”, “Qeyri-formal təhsil və onun prinsipləri”, “Gənclərlə işdə rol modeli” və digər mövzular olmaqla ümumilikdə 14 istiqamətdə təlim sessiyasının keçirilməsi, eləcə də, müxtəlif komanda oyunları və qrup işlərinin baş tutması planlaşdırılır.

“Gənclər Davamlı İnkişaf üçün” layihəsinin əsas məqsədi gənclərin yumşaq bacarıqlarının gücləndirilməsi, cəmiyyətdə aktiv vətəndaşlığının təmin olunması, gənclərlə iş sahəsində təşəbbüslərin artması ilə ümumilikdə rəqabətədavamlı gənclər şəbəkəsinin inkişafına töhfə verməkdir. Layihənin davamlılıq mərhələsində iştirakçılar öyrəndikləri bilik və təcrübələri öz yaşadıqları regionlarda təlim və görüş formatında digər gənclərlə bölüşəcəklər.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə keçirilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Yardımlıda #Gənclər #Davamlı #İnkişaf #üçün #düşərgəsinin #icrasına #başlanılıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu