fbpx

“Yaxşı komandamız var” – “Sumqayıt”ın yeni transferi

BEY.AZ informasiya agentliyi xəbər verir


“Yaxşı komandamız var, mövsümün startında ən yaxşı formada olmaq üçün məşqlərdə çox çalışırıq”.

Metbuat.az xəbər verir ki, bunu “Sumqayıt”ın yeni transferi klubun rəsmi saytına açıqlamasında deyib.

İsrailli yarımmüdafiəçi “gənclik şəhəri” təmsilçisinə keçidinə də toxunub: “Bu klubdan mənə təklif gələndə liqa və ölkə haqqında məlumat axtarmağa başladım. Bir vaxtlar “Sumqayıt”da oynayan dostumdan klub haqqında soruşdum. Həm ondan, həm də hazırda və əvvəllər burada oynamış digər israilli futbolçulardan çox yaxşı şeylər eşitdim”.

Kahatın sözlərinə görə, komandanın səviyyəsi çox yaxşıdır: “Əksər oyunçular ingiliscə danışa bilir, ona görə də ünsiyyət və uyğunlaşmada problem yoxdur. Klubdakı hər kəs çox mehriban və qonaqpərvərdir. Ümid edirəm ki, evdə və səfərdə – hər oyunda azarkeşlərimizin bizi dəstəklədiklərini görəcəyəm. Biz də daim onları sevindirməyə çalışacağıq”.

Qeyd edək ki, Roi Kahat “Sumqayıt”la 2 illik müqavilə imzalayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Yaxşı #komandamız #var #Sumqayıtın #yeni #transferi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu