fbpx
Xəbərlər

Yeddi min manatlıq noxud oğurluğu: Əlbir qohumlar saxlanıldı

BEY.AZ informasiya agentliyi xəbər verir


Cəlilabadda işlədiyi təsərrüfatın anbarından 7000 manat dəyərində noxud oğurlayan rayon sakini əlbir olduğu qohumları ilə birgə saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Cəlilabad rayon sakini olan bir nəfər polisə müraciət edərək ona məxsus anbardan 1700 kiloqram noxudun oğurlanması barədə məlumat verib. Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin təsərrüfatda işləyən Seymur Qurbanov və qohumları Elşən Məmmədov və Şahmar Şahmarov müəyyən edilərək saxlanılıblar. Ayrı-ayrı vaxtlarda gecə saatlarında həmin anbardan oğurladıqları noxudu S.Qurbanovun idarə etdiyi traktorla daşıyaraq satdığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Saxlanılan şəxslər





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu