fbpx

Yeni klubu ilə müqavilə imzalamağa gedən türkiyəli futbolçu Xarkovdan çıxa bilmir

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyəli futbolçu Abdullah Doğan Ukraynadakı hadisələr səbəbindən ölkəni tərk edə bilmir.

Metbuat.az NTV-yə istinadən xəbər verir ki, Ukraynanın “Metalist Xarkov” komandası ilə müqavilə imzalamağa gedən futbolçu Abdullah Doğan Rusiyanın hücumu səbəbindən yolda qalıb.

futbolçunun sözlərinə görə, o, rus hücumları başlamazdan əvvəl Ukraynaya gedib. Lakin hücumlar səbəbindən geri dönə bilməyib. İlk günlərdə metroya sığınan futbolçu hazırda şəhərdə 18 mərtəbəli binada yerləşən bunkerdə qalır.

Sığınacaqda uşaqların və qocaların da olduğu 60-a yaxın adamın sıxışdırıldığını bildirən Doğa, insanların hər an bomba partlaması ehtimalından narahat olduqlarını bildirib. Doğan, “Hal-hazırda komendant saatı var, gedəni güllələyirlər. Çox diqqətli olmalıyıq. Dua edirik. Həmişə ehtiyacımız var. Marketlərə gedib bir şey almağa çalışmaqdan qorxuruq, amma bacarırıq. Hər zaman istədiyimizi ala bilmərik. Bazarlarda heç bir şey qalmayıb”, – deyə o vurğulayıb.

Doğan bununla bağlı çətin vəziyyətdə olduğunu və kömək istədiyini bildirib.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu