fbpx

Yevlax xəstəxanası ilə bağlı cinayət işi başlandı

BEY.AZ informasiya agentliyi xəbər verir


“Yevlax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də baş verən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Metbuat.az xəbər verir ki, Yevlax rayon Prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin vəzifəli şəxs(lər)i tərəfindən işçilərə qanunla nəzərdə tutulandan artıq əməkhaqqı ödənilməsi, işə çıxmayan şəxslərə əməkhaqqı hesablanması və digər yollarla dövlət büdcəsinə məxsus ümumilikdə 73 min manatdan artıq vəsaitin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsilə cinayət işi başlanılmaqla istintaq aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Yevlax #xəstəxanası #ilə #bağlı #cinayət #işi #başlandı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu