fbpx

Yevlaxda partlayış olan yerdən daha 17 ədəd kasetli bomba tapılıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Daxili İşlər Nazirliyi (DİN) Yevlaxda çobanın partlayış nəticəsində ölməsi faktı ilə bağlı məlumat yayıb.

Metbuat.az xəbər verir ki, DİN-in bununla bağlı yaydığı məlumata görə, fevralın 1-də Yevlax rayonunun Aran qəsəbəsi ərazisində “Şirinbulaq” adlanan qış otlaq sahəsində Daşkəsən rayon sakini İsmayıl Mikayılovun Vətən müharibəsi dövründə düşmən tərəfindən atılmış kasetli bombanın qalıqlarının partlaması nəticəsində xəsarət alaraq ölməsi ilə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.

Yevlax Rayon Polis Şöbəsi və rayon Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı partlamamış əlavə 17 ədəd kasetli bomba aşkar edilərək zərərsizləşdirilib.

Qeyd edək ki, fevralın 1-i saat 22 radələrində Yevlax rayon ərazisində 1996-cı il təvəllüdlü Mikayılov İsmayıl Vidadi oğlu təsərrüfat fəaliyyəti ilə məşğul olarkən, yad əşyaya toxunma səbəbindən yaranan partlayış nəticəsində həlak olub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu