fbpx

Yol polisi Ayanı buna görə cərimələdi – VİDEO

Müğənni Ayan Babakişiyeva yol hərəkəti qaydasını pozduğuna görə cərimələnib.

Bey.az xəbər verir ki, bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Belə ki, müğənni nəqliyyat vasitəsini idarə edən zaman təhlükəsizlik kəmərindən istifadə etməyib.

Dərc edilmiş videogörüntü ilə bağlı yol polisi araşdırma aparıb və məlum olub ki, müğənni qayda pozuntusunu 90-GK-333 qeydiyyat nişanlı “Dodge Durango” markalı avtomobillə törədib. Bu səbəbdən Ayan Babakişiyeva İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə 40 manat məbləğində cərimələnib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu