fbpx
Xəbərlər

Yoxa çıxan nazir həbs edilib

BEY.AZ informasiya agentliyi xəbər verir


İngiltərənin “Financial Times” qəzeti 2 həftədən artıqdır xəbər alınmayan Çin müdafiə naziri Li Şanfunun saxlanıldığını iddia edib.

Metbuat.az xəbər verir ki, qəzet ABŞ rəsmilərinə əsaslanaraq belə xəbər dərc edib. Xəbərdə deyilir ki, Çin müdafiə naziri Li Şanfu sonuncu dəfə Pekində keçirilən Çin-Afrika Forumunda iştirak edib. “Reuters” xəbər agentliyi Çin nazirinin Vyetnam müdafiə rəsmiləri ilə keçən həftəki görüşünü son anda ləğv etdiyini yazıb.

Qeyd edək ki, Çinin müdafiə naziri Li Şanfu bu il posta gətirilib. Bundan əvvəl keçmiş xarici işlər naziri Çin Gang yoxa çıxıb. Ardınca onun postundan uzaqlaşdırıldığı açıqlanıb. Qərb mediasının iddiasına görə, Çin Gang Qərb ölkələri ilə gizli əməkdaşlıqda ittiham edilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Yoxa #çıxan #nazir #həbs #edilib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu