fbpx
Xəbərlər

“Yubkalı Gebbels” Simonyanı ÖLDÜRMƏK İSTƏYİRLƏR

“Yubkalı Gebbels” Simonyanı öldürmək istəyirlər.

BEY.AZ xəbər verir ki, Moskva şəhərində təhlükəsizlik qüvvələrinin qaynar xəttinə naməlum şəxs zəng edərək işçilərdən xahişi olduğunu bildirib.

İddialara görə, zəng edən şəxs RT-nin rəhbəri Marqarita Simonyana hücum etməyi planlaşdırır və onun harada olduğunu bilir. O, Krasnodar diyarının kurort şəhərlərindən birinin adını çəkib.

Həmin şəxs Moskva polisindən Marqarita Simonyanı sui-qəsd cəhdindən qorumamağı xahiş edib.

“Konkret bir üsul hələ seçilməyib – ya onu partlatmaq, ya da jurnalisti boğmaq üçün “bomj” tutmaq lazım gələcək. Zəng edənin bir istəyi var idi – onun fikrindən yayındırmamaq”, – polis idarəsindən bildiriblər.

Hazırda polis araşdırma aparır və müraciətin müəllifini axtarır.

Simonyanın aldığı təhdidlər, hədələr onun dar düşüncəsinin, dilinin bəhrəsidir.

Rusiyanın ən “yaxşı” 3 təbliğatçısından biri olan, RT telekanalının və “Sputnik” xəbər agentliyinin baş redaktoru tələsik açıqlamalarına görə nəinki ölkələrlə, hətta xalqlarla dalaşmağı bacarıb.

Ukrayna daxil digər postsovet ölkələrinə qarşı münasibətdə də Simonyan-Keosayan tandemi daha aqressivdir. Nalayiq davranışlara görə təbliğatçı cütlük Aİ-nin sanksiya siyahısına salınıb.

“Marqo” söyüş və təhrik kimi təbliğat vasitələrindən məharətlə və təkrarolunmaz şəkildə istifadə edir. Simonyan sırf uzun, murdar dilinə görə cəzasız qaldığı üçün düşmən qazanmaqda təbii istedada malikdir.

Ona görə “yubkalı Gebbels” və ya həyat yoldaşını məhv etməyə qərar verən insanlar ola bilər və heç kim də bunun olmayacağına zəmanət verə bilməz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu