fbpx

Yük maşını ilə sərnişin avtobusu toqquşdu: Xəsarət alan var

BEY.AZ informasiya agentliyi xəbər verir



Bakı-Qazax avtomobil yolunun Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə zamanı “DAF” markalı sement daşıyan yük maşını ilə sərnişin avtobusu toqquşub. Bu zaman yük avtomobili yol ayırıcısı olan betona dəyib və aşıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası cəlb olunub.

Qəza zamanı “DAF”ın sürücüsü xəsarət alıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Yük #maşını #ilə #sərnişin #avtobusu #toqquşdu #Xəsarət #alan #var

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu