Zəminə Abbasovaya yüksək vəzifə verildi
Neftçala Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edilib.
BEY.AZ-ın Report-a istinadən məlumatına görə bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən 1968-ci il təvəllüdlü Abbasova Zəminə Adil qızı Neftçala Rayon Mərkəzi Xəstəxanasına direktor müavini-baş həkim vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Z.Abbasova bu təyinata kimi xəstəxanada Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri vəzifəsində işləyib.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |