fbpx

Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum oldu


Zərərli qidaların nə üçün xərçəngə səbəb olduğu məlum olub.

BEY.AZ xəbər verir ki, Sinqapur Universitetinin tədqiqatçıları bununla bağlı araşdırma aparıblar.

Təxminən 3 milyon britaniyalı hazırda xərçənglə mübarizə aparır və bu rəqəmin 2040-cı ilə qədər 5,3 milyonu keçəcəyi gözlənilir. Hər il təxminən 55 000 qadına və 400 kişiyə döş xərçəngi diaqnozu qoyulur. Mütəxəssislər dünyada yeni yoluxma hallarının 2020-ci ildəki 2,3 milyondan 2040-cı ilə qədər 3 milyona yüksələcəyini proqnozlaşdırırlar. Ekspertlər bildirir ki, sosislər, hazır yeməklər kimi qidalarda duz, yağ, şəkər və süni əlavələr çox olur və bunların hamısı xərçəng yaradır.

“Cell” jurnalında dərc edilən son araşdırmada gen mutasiyası olan siçanlarda kimyəvi maddələrin hüceyrələrə necə təsir etdiyi araşdırılıb. Bu mutasiyanın döş və yumurtalıq xərçəngi riskini artırdığı məlumdur. Tədqiqatçılar metilglioksalın xərçənglə mübarizə aparan genin fəaliyyətini müvəqqəti dayandırdığını aşkar ediblər. Kimyəvi maddənin yüksək səviyyədə olmasının “bəzi xərçənglərdə görülən genetik mutasiya nümunəsi” ilə əlaqəli olduğu aşkarlanıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın

Başa dön tuşu