fbpx

“Zəhərli həb” adlı tədbir başladıldı

BEY.AZ informasiya agentliyi xəbər verir


“Tesla” və “SpaceX”in baş direktoru İlon Maskın “Twitter”in bir səhmi üçün 54,2 dollara almağı təklif etdikdən sonra sosial şəbəkə “zəhərli həb” adlı tədbir görməyə başlayıb.

Metbuat.az xəbər verir ki, “Twitter”dən edilən açıqlamada şirkətin idarə heyətinin məhdud müddətli səhmdar hüquqları planını yekdilliklə təsdiqlədiyi bildirilib. Bildirilir ki, sözügedən tədbir potensial alıcılardan başqa mövcud səhmdarların şirkətdə daha ucuz qiymətə daha çox səhm almaq hüququnu qoruyur.

Qeyd edilir ki, Mask və ya başqa bir investor şirkətin səhmlərinin 15 faizindən çoxunu alarsa, plan işə düşəcək. “Twitter” İdarə Heyəti tərəfindən görülən bu tədbirin digər məqsədi Maskın alış cəhdini dayandıra bilməsə də, səhmlərin alışını daha da bahalaşdıra və ya Maskı danışıqlar masasına oturmağa məcbur edə bilər.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl “Twitter”də 9,2 faiz pay alan Mask, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) verdiyi açıqlamada bütün “Twitter” üçün hər bir səhm üçün 54,2 dollar təklif etmişdi. O “Twitter”in İdarə Heyətinin sədri Bret Taylora yazdığı məktubda qeyd etmişdi ki, səhmləri aldığı üçün şirkətin indiki formada inkişaf etməyəcəyini anlayıb və bu istiqamətdə addımlar atmağa hazırdır.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin