fbpx
Xəbərlər

Xalq artistinin ilində məzar daşı qoyuldu

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün xalq artisti Yalçın Rzazadənin anım günüdür.

Metbuat.az xəbər verir ki, Yalçın Rzazadə fevralın 22-də 74 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, Lənkəran rayonunun, Liman şəhər qəbiristanlığında dəfn olunub.

Ölümündən sonra mərhumun məzar daşının hazırlanmaması ilə bağlı bir çox xəbərlər yayılsa da, xalq artistinin oğlu Orxan Rzazadə bu barədə açıqlama vermək istəməmişdi.

“Bu barədə açıqlama vermək istəmirəm. Onu deyə bilərəm ki, sadə məzar daşı düzəltdirmək çox asandır. Amma Yalçın Rzazadə sadə insan olmayıb. Atam Azərbaycan estrada sənətinə bir yenilik gətirib” deyən Orxanın açıqlamasından bir il sonra xalq artistinin məzarı üzərində məzar daşının olub olmaması ilə maraqlandıq.

Əldə etdiyimiz məlumata görə artıq xalq artistinin məzar daşı qoyulub. Metbuat.az həmin görüntüləri təqdim edir:




Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu