fbpx

Zakir Həsənov bir neçə hərbi hissənin döyüş hazırlığını yoxladı

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən yanvarın 2-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Quru Qoşunların tank və artilleriya hərbi hissələrində olub.

Bu barədə Metbuat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müdafiə naziri burada şəhidlərin xatirəsinə ucaldılan abidəni ziyarət edərək önünə gül dəstələri qoyub.

Hərbi hissələrin silahlanmasında olan tank və artilleriya qurğularına baxış keçirilib, döyüş heyətlərinin nəzəri və praktiki bilikləri, habelə döyüş hazırlığı yoxlanılıb.

General-polkovnik Z.Həsənov hərbi hissənin simulyasiya mərkəzinin tədris-maddi bazası ilə tanış olub, müvafiq göstərişlər verib.

Sonra Müdafiə naziri və nazirliyin digər rəhbər heyəti Hərbi Hava Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) hərbi hissəsinə gəlib.

PUA-lara baxış keçirən müdafiə naziri onların texniki vəziyyəti ilə maraqlanıb, heyətlərin hazırlıq səviyyəsini yoxlayıb.

Müdafiə naziri ziyarət etdiyi hərbi hissələrin şəxsi heyətinin hazırlığını yüksək qiymətləndirib və döyüş hazırlığında fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edib.

General-polkovnik Z.Həsənov hərbi hissələrdə yaradılan şəraitlə tanış olub, şəxsi heyətin xidməti və sosial qayğıları ilə maraqlanıb, onlara 2023-cü ildə xidmətlərində uğurlar arzulayıb.

Nazir yeni tədris dövründə təlimlərin daha səmərəli keçirilməsi, hərbi qulluqçuların döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması ilə bağlı vəzifəli şəxslər qarşısında müvafiq tapşırıqlar qoyub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Zakir #Həsənov #bir #neçə #hərbi #hissənin #döyüş #hazırlığını #yoxladı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu