fbpx

Zəlzələ ilə bağlı humanitar təşkilatların reaksiyası çevik deyil

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyədə zəlzələ ilə bağlı humanitar təşkilatların reaksiyası çevik deyil”.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı politoloq Yeganə Hacıyeva edib. O hesab edir ki, Türkiyə dövləti bir neçə saatdır yardım üçün çağrış etsə də ,beynəlxalq humanitar təşkilatların “təcili yardım”proqramları işə düşməyib.

“Onların işi, bu halda isə reaksiyasını daxili xəbərlərə abunə olmaqla izləmək mümkün olur. 15 ildən çoxdur, abunə olduğum vacib təşkilatlardan demək olar ki, hər gün cari işləri haqqında xəbər blutenlərini alıram. Bəziləri isə günün yarısı olmasına baxmayaraq hələ yerindən tərpənməyiblər. Bu da anlaşılandır, yardım mövzusunda ona görə canfəşanlıq etməyəcəklər ki, zəlzələnin yaratdığı çətinlikləri, fəsadları seçki ilində Ərdoğan hakimiyyətinin əleyhinə işləsin. Sosial media üzərindən “platforma ulduzları, facebook, tvitter siyasətçiləri artıq hökümət yardım etmir deyə təbliğata start veriblər. Məsələn, şəhərlərin birində dağıntıların yanında canlı yayım açıb, şikayət edən bələdiyyə işçisi var. Bir çox tiktokerlər var. Anlaşılan odur ki, bunu bir imkan kimi Ərdoğan hakimiyyətinə qarşı istifadə etmək planı işə düşüb”.

Rüya tabirlerini burdan oku

Qeyd edək ki, Türkiyə şiddətli zəlzələdən sonra beynəlxalq yardım üçün çağırış edib. Bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu danışıb: “Dördüncü səviyyədə həyəcan vermişik. Bu, özündə beynəlxalq yardımı ehtiva edən həyəcan təbildir”, – DİN başçısı bildirib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Zəlzələ #ilə #bağlı #humanitar #təşkilatların #reaksiyası #çevik #deyil

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu