fbpx

Zəlzələ Türkiyə iqtisadiyyatına necə təsir edəcək?

BEY.AZ informasiya agentliyi xəbər verir


Fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə baş verən zəlzələlər Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya, Kilis və Adanada ciddi dağıntılara səbəb olub.

Son açıqlamalara görə, zəlzələdən sonra həlak olanların sayı 18 342 nəfərə, yaralananların sayı 74 242 nəfərdir çatıb.

Metbuat.az xəbər verir ki, təbii fəlakətdən ölkə iqtisadiyyatına dəyən zərərin miqyasını hesablayan “Reuters”in analitiklərinin fikrincə, Türkiyədə istehsal prosesi 50 faiz pozulub. Bu azalmanın isə kompensasiya müddəti 6-12 aya qədər uzana bilər. Analitiklərin qeydlərinə əsasən Türkiyədə bu il üçün nəzərdə tutulan artım indeksi ilkin hesablamalardan 1-2 bal aşağı ola bilər.

İstehsal itkisinin nə qədər böyük olacağı və nə qədər davam edəcəyi bilinmədiyi üçün xalis effekti təxmin etmək mümkün deyil. Ancaq keçmiş zəlzələlərdən və elektrik istehlak məlumatlarından edilən hesablamalarda Türkiyədə bir həftə əvvələ görə yaşanan 10 faizlik itki də iqtisadi böyüməyə əhəmiyyətli dərəcədə təsir edəcək.

Mövzuya münasibət bildirən iqtisadçı ekspert Eldəniz Əmirov Metbuat.az-a açıqlamasında bildirdi ki, hazırda Türkiyəyə dəymiş ziyanın 100 milyard dollar çatacağinı, hətta bunu ötəcəyini belə istisna etmir.

“Dəymiş zərər Türkiyə ÜDM-nin faizini ötə bilər. 2022-ci ildə Türkiyənin ÜDM-i 853.49 milyard dollar olmuşdur. Bu il isə bunun 941.55 milyard dollar olması proqnoz edilmişdir. Lakin zəlzələ bu proqnozun da gercəkləşməsinə imkan verməyəcək. Türkiyənin 2023-cü ildə büdcə xərclərinin 4 trilyon 470 milyard TL, büdcə gəlirlərinin isə 3 trilyon 810 milyard TL proqnoz edilib. 660 milyard 901 milyon TL isə büdcə kəsiri proqnoz edilib. Bu isə hazırkı kursla 237 milyard dollar xərc, 202 milyard dollar gəlir, 35 milyard dollar kəsr deməkdir”.

Türkiyə Statistika Qurumunun (TÜİK) bu həftə açıqladığı 2022-ci il məlumatlarına görə, zəlzələ bölgəsindəki 10 əyalətdə 13,42 milyon insan yaşayır və bu, ümumi əhalinin 15,7 faizini təşkil edir. TÜİK-in 2021-ci il məlumatlarına görə, zəlzələdən zərər çəkmiş 10 əyalətdən ibarət bölgənin ÜDM-dəki payı 9,3 faiz təşkil edir. Sektorlar üzrə zəlzələ zonasının kənd təsərrüfatında payı 14,3 faiz, sənayedə payı isə 11,2 faiz təşkil edir ki, bu da ÜDM-in payından yüksəkdir. Ümumi turistlərin təxminən 1faizi zəlzələdən zərər çəkmiş bölgəyə gəldiyi üçün bölgənin bu sektora təsiri azdır. Eldəniz Əmirov deyir ki, illik büdcə gəlirlərinin təxminən yarısına, daha dəqiq 49,55%-nə bərabər olacaq ki, bu xərcləri qarşılamaq üçün lazım olan vəsait illik büdcə kəsrini qapatmaq üçün lazım olan vəsaitdən təxminən 3 dəfə çoxdur.

“Odur ki, dəymiş ziyanı yalnız büdcə vasaitləri hesabına aradan qaldırmaq mümkün olmayacaq. Hətta büdcə kəsrinin indikindən ortalama daha 20 faiz artırılması belə, bu işlər üçün 12 il zaman tələb edəcək. Buna görə də əlavə maliyyə mənbələrinə ciddi ehtiyac yaranacaqdır. Amma təbii ki, bu qardaş ölkənin taleyində hansısa ciddi anlamda dəyişikliyin baş verməsi demək deyil. Düzdür, Türkiyə sevməyənlər nəyəsə nail olmaq istəyəklər, amma Türkiyə kimi bir dövləti bir zəlzələnin yaratdığı fürsətlə sarsıtmaq mümkün deyil. Sadəcə bu zəlzələ Türkiyəni öz strateji hədəflərində bir neçə il ləngidəcək. Lakin missiya və strategiyanın dəyişməyəcəyi dəqiqdir”.

Qeyd edək ki, Türkiyə iqtisadçıları il ərzində bölgədən ixracatda bir neçə milyard dollar itki gözlədiklərini, lakin oxşar təsirin idxalda da görüləcəyi üçün ümumi xarici ticarətə təsirinin zəif qalacağını ifadə edirlər. Məlumat üçün bildirək ki, zəlzələnin episentri olan Kahramanmaraş Türkiyənin bir nömrəli iplik, parça və mətbəx əşyaları istehsalçısıdır. Şəhər ixrac edən əyalətlər arasında 17-ci yerdədir. Qaziantep xüsusilə Yaxın Şərq ölkələrinin tədarükçüsüdür. Son illərdə turistlərin diqqətini cəlb edən Qaziantep həm də türk qastronomiya turizminin paytaxtıdır. İskəndərun və Mersin limanları bölgədən malların daşınması və idxalının mərkəzidir. Lakin ilk gündən limanlardakı yanğını söndürmək mümkün olmadığından daşıma başlaya bilməyib.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Zəlzələ #Türkiyə #iqtisadiyyatına #necə #təsir #edəcək

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu