“Zəngəzur dəhlizi bitmək üzrədir, açılması an məsələsidir”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Zəngəzur dəhlizi bitmək üzrədir. Oranın açılması an məsələsidir”.
Metbuat.az xəbər verir ki, Türkiyənin keçmiş jandarma polkovniki, analitik Eray Güclüer “Cnn türk” televiziyasının efirində belə deyib. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfəri zamanı Prezident Rəcəb Tayyib Ərdoğanla bir sıra mühüm məsələləri müzakirə edəcək. Onların arasında taxıl sazişi, Suriya məsələsi, Ukrayna böhranı və Qarabağ məsələsi də var.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarlı Vladimir Putinlə telefonda danışıb. Ərdoğan telefon danışığının yekunlarına dair açıqlamasında Putinin Türkiyəyə səfər edəcəyini bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Zəngəzur #dəhlizi #bitmək #üzrədir #açılması #məsələsidir