fbpx

“Zəngilanı təbiətə inteqrasiya etməliyik və onu park şəhərinə çevirməliyik”

BEY.AZ informasiya agentliyi xəbər verir

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Zəngilan şəhərinin Baş planı təqdim olunub.

Metbuat.az xəbər verir ki, sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “sa_partners” şirkətinin nümayəndələri ilə söhbət ediblər.

Prezident İlham Əliyev dedi: Salam. Siz görməyimə şadam. Təbrik edirəm. Bilirsiniz ki, çoxlu ideyalar, təkliflər olur. Lakin yekdil qərarla sizin konsepsiya ən yaxşı kimi qəbul olundu. Mən belə hesab edirəm ki, o, təbiətə yaxşı inteqrasiya edilib. Xüsusilə, burada, Zəngilanda biz şəhəri təbiətə inteqrasiya etməliyik və onu park şəhərinə çevirməliyik. Küçə boyu gəzərkən insanlar sanki özlərini parkda hesab etsinlər. Bəli, parkda, təbiətdə. Yaşayış binalarının konsepsiyası da yüksəkmərtəbəli olmayan, şəffaf, çox gözəl olmalıdır.

Şirkətin nümayəndəsi: Əvvəla, təşəkkürümüzü bildirməliyəm. Biz çox şadıq ki, burada – Azərbaycanın çox gözəl guşəsindəyik. Bura ən yaxşı yerlərdən biridir. Biz buraya öz töhfəmizi verdiyimizə görə fərəhlənirik. Hesab edirəm ki, eyni konsepsiya ölkənizin digər əraziləri üçün örnək olmalıdır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu