fbpx

Zakir Həsənovun müavinlərinin sayı azaldı

BEY.AZ informasiya agentliyi xəbər verir


Yerli KİV-in məlumatına görə, Azərbaycan müdafiə nazirinin iki müavin postu ləğv edilib.

Metbuat.az xəbər verir ki, hazırda nazirin müavin sayı 7-dən 5-ə düşüb. General-polkovnik Kərim Vəliyev Baş Qərargah rəisi vəzifəsinə təyin olunandan sonra nazir müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsi boş idi. Həmçinin nazir müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi isə general-leytenant Nizam Osmanov idi.

Hazırda birinci müavin Baş Qərargah rəisi Kərim Vəliyev, Quru Qoşunların komandanı Ənvər Əfəndiyev, Əlahiddə Ümumqoşun Ordu komandanı Kərəm Mustafayev, Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov, müdafi nazirinin müavini – baş direktor Aqil Qurbanovdur.

Kərim Vəliyev

Ənvər Əfəndiyev

Kərəm Mustafayev

Ramiz Tahirov

Aqil Qurbanov




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Zakir #Həsənovun #müavinlərinin #sayı #azaldı

Bir Cevap Yazın

Başa dön tuşu