fbpx

Zaxarova Simonyanın “hansısa katibə” fikrini CAVABSIZ QOYMADI

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova onu “hansısa katibə” adlandıran Ermənistan parlamentinin spikeri Alen Simonyana cavab verib.

Metbuat.az xəbər verir ki, Zaxarova bu barədə öz teleqram kanalında paylaşım edib.O öz paylaşımında dünyada katibə vəzifəsində çalışan bütün işçilərə dəstək ifadə verərək qeyd edib:

“Rəfiqələrim! Sizin işiniz, hətta ən yüksəksəviyyəli müdirin də uğurunun təminatçısıdır. Qrafiklərin tərtib edilməsi, görüşlərin təşkili, sənədlərlə iş, zənglərin qəbulu və milyonlarla digər tapşırıqlardan ibarət gündəlik zəhmət tələb edən əməyiniz olmadan bütün işlər yolunda getməyəcək. İnciməyin, əminəm ki, bu şəxs düşünmədən belə danışıb”.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın səsləndirdiyi və Simonyanın açıqlamalarını “kobudluğa bənzəyən bir şey” adlandırmasına Simonyan belə cavab verib: “Mən hansısa departamentin hansısa katibəsinə cavab vermək fikrində deyiləm. Bu, mənim səviyyəm deyil. Bunun üçün Xarici İşlər Nazirliyi var, cavab versinlər”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Zaxarova #Simonyanın #hansısa #katibə #fikrini #CAVABSIZ #QOYMADI

Bir Cevap Yazın

Başa dön tuşu