fbpx

Zaxarova Üçüncü Dünya Müharibəsindən danışdı

BEY.AZ informasiya agentliyi xəbər verir

“Rusiya hesab edir ki, Üçüncü Dünya Müharibəsinin olub-olmayacağından deyil, onun qarşısının necə alınması yollarından danışmaq lazımdır”.

Metbuat.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb ki, onlar İkinci Dünya Müharibəsi zamanı öz işlərinin öhdəsindən gəliblər və nəticədə Üçüncü Dünya Müharibəsinin qarşısının alınmasına da qarantiyadırlar.

Zaxarova qeyd edib ki, hər bir ölkənin suveren xarici və daxili siyasət yürütmək hüququ var.

“Hər bir dövlət öz maraqlarını qanuni yolla müdafiə edib iqtisadiyyatını, humanitar hüquqlarını, müdafiəsini, öz təhlükəsizliyini inkişaf etdirməyə çalışmalıdır. Bir qrup ölkə hakimiyyəti ələ keçirəndə və ya bu hakimiyyəti ələ keçirmək iddiasında olanda insanları böyük bir fəlakət gözlədiyinin də fərqinə varmaq lazımdır. Biz hər vasitə ilə bunu dünya ictimaiyyətinə çatdırmağa çalışdıq. Biz bir qütbün diktəsinin qeyri-mümkün olduğu həqiqətini də bilirik. Çünki bu hadisələrin sonu dağıdıcı nəticələrə gətirib çıxaracaq”, – Rusiya diplomatik departamentinin nümayəndəsi yekunlaşdırıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu