fbpx

Zelenski bu 9 ölkəyə təşəkkür etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Ukrayna Prezidenti Vladimir Zelenski Mərkəzi və Şərqi Avropanın 9 ölkəsinin liderlərinə Ukraynanın NATO-ya üzv olmaq səylərini dəstəklədiklərinə görə təşəkkür edib.

Metbuat.az xəbər verir ki, bu barədə dövlət başçısı Tvitter səhifəsində məlumat yayıb.

“Mən bizim mehriban qonşularımıza – Mərkəzi və Şərqi Avropa ölkələrinə Ukraynanın NATO-ya üzvlüyünü dəstəklədiklərinə və Rusiyanın Ukrayna ərazilərini ilhaq etmək cəhdini pislədikləri üçün səmimi minnətdarlığımı bildirirəm”, – Zelenski qeyd edib.

Xatırladaq ki, Ukraynanın NATO-ya üzvlüyünü birgə bəyanata Çexiya Prezidenti Miloş Zeman, Estoniya Prezidenti Alar Karis, Latviya Prezidenti Egils Levits, Litva Prezidenti Gitanas Nauseda, Şimali Makedoniya Prezidenti Stevo Pendarovski, Monteneqro Prezidenti Milo Cukanoviç, Polşa Prezidenti Andjey Duda, Rumıniya Prezidenti Klaus Yohannis və Slovakiya Prezidenti Suzana Çaputova dəstəkləmişdi.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu