fbpx

Zelenski hərbçilərə taxıl dəhlizinin işləməsi üçün tədbirlər görməyi tapşırıb

BEY.AZ informasiya agentliyi xəbər verir



Ukrayna Prezidenti Volodimir Zelenski Ali komandanlığın qərargahında keçirilən iclasda hərbçilərə və nazirlərə Qara dəniz vasitəsilə taxıl ixracının davam etməsi üçün kompleks tədbirlər hazırlamağı tapşırıb.

Metbuat.az xəbər verir ki, Ukrayna Prezidenti bu barədə özünün “Teleqram” kanalında məlumat paylaşıb.

“Baş Komandan Valeri Zalujnı, Hərbi Dəniz Qüvvələrinin komandanı Oleksi Neijpapa və infrastruktur naziri Oleksandr Kubrakov taxıl dəhlizinin işinin davam etməsi üçün kompleks tədbirlər hazırlamalıdır. Xarici İşlər Nazirliyi analoji diplomatik addımlar üzərində işləməlidir”, – deyə Volodimir Zelenski iclasın yekunu barədə yazıb.

O, həmçinin qərargahda limanların və infrastrukturun müdafiəsi üçün sistemli işlərin müzakirə edildiyini bildirib. İclas iştirakçıları eyni zamanda döyüş əməliyyatlarının gedişi, təchizat, maddi-texniki təminat, silah və sursat istehsalı məsələlərini də müzakirə ediblər.

Ukrayna Prezidentinin sözlərinə görə, iclasda qısa və uzunvədəli perspektiv üçün bütün kəşfiyyat məlumatlarının analitik məruzəsi təqdim olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Zelenski #hərbçilərə #taxıl #dəhlizinin #işləməsi #üçün #tədbirlər #görməyi #tapşırıb

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin