fbpx

AQTA Vyetnamdan idxal olunan məhsullarla bağlı xəbərdarlıq etdi

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycan Qida Təhlükəsizlik Agentliyi (AQTA) Vyetnamda fəaliyyət göstərən və təsdiqdən keçməyən qida obyektlərindən məhsul idxalına məhdudiyyətin tətbiqi ilə bağlı xəbərdarlıq edib.

Bu barədə BEY.AZ-a AQTA-dan bilirilib.

Qeyd olunub ki, agentlik tərəfindən Vyetnamın səlahiyyətli dövlət qurumları olan Kənd Təsərrüfatı və Kənd İnkişaf, Səhiyyə, Sənaye və Ticarət nazirliklərinə məktub göndərilib. Məktubda bildirilib ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, respublikamıza heyvan mənşəli qida məhsullarını ixrac etmək niyyətində olan xarici qida subyektləri Agentlik tərəfindən təsdiqlənməlidir.

Sözügedən məhsulların istehsal edildiyi və emal olunduğu müəssisələrin təsdiqlənməsi üçün qida subyektləri AQTA-ya müraciət etməlidirlər. Həmin obyektlərdə yerində və ya videoinspeksiya formatında qiymətləndirmə həyata keçirilməlidir. Məktubda qeyd olunub ki, 2023-cü il 1 noyabr tarixindən etibarən müvafiq qaydada təsdiq edilməmiş Vyetnamdakı müəssisələrdən Azərbaycana qida məhsullarının gətirilməsinə məhdudiyyət tətbiq olunacaqdır.

AQTA bir daha ölkəmizə qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edərək bildirir ki, müvafiq qanunvericiliyin tələbinə əsasən, təsdiq üçün müraciət etməyən şirkətlərin xüsusi risk qrupuna daxil olan baytarlıq nəzarətinə aid qida məhsullarını idxal etməsi mümkün olmayacaq.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #AQTA #Vyetnamdan #idxal #olunan #məhsullarla #bağlı #xəbərdarlıq #etdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu