fbpx

Zelenski Tallin Gerbi ilə təltif edildi

BEY.AZ informasiya agentliyi xəbər verir


Ukrayna Prezidenti Volodimir Zelenski Tallin Gerbi ilə mükafatlandırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin mətbuat xidməti xəbər yayıb.

“Ukrayna Prezidenti Volodimir Zelenski xüsusi hörmət əlaməti olaraq təqdim edilən Tallin Gerbini alıb. Ukrayna dövlət başçısının təltif edilməsi haqqında qərar mayın 5-də Tallinn Şəhər Şurası tərəfindən qəbul edilib”, – məlumatda deyilir.

Qeyd olunur ki, Tallin şəhərinin meri Yevgeni Osinovski Vladimir Zelenskiyə verilən mükafatı Estoniyada səfərdə olan Ukrayna Ali Radası sədrinin birinci müavini Aleksandr Korniyenkoya təqdim edib.

Osinovski vurğulayıb ki, bu mükafat “Tallin və onun sakinlərinin Ukrayna xalqı ilə həmrəyliyini və onların Rusiya təcavüzünə qarşı qəhrəmancasına mübarizədə dəstəyini nümayiş etdirir”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu