fbpx

Zelenski Yunanıstana səfər edib

BEY.AZ informasiya agentliyi xəbər verir


Ukrayna Prezidenti Vladimir Zelenski Yunanıstana səfər edib.

Metbuat.az xəbər verir ki, bu barədə Prezident Zelenski “Telegram” hesabında paylaşım edib.

Artıq Yunanıstana çatdığını bildirən videomüraciətində Zelenski bildirib ki, o, bu səfəri çərçivəsində Yunanıstan Prezidenti, Baş naziri ilə görüşlər keçirəcək.

Ukrayna dövlət başçısı qeyd edib ki, o, həmçinin Ukrayna-Balkan sammitində iştirak edəcək, Balkan liderləri ilə görüşəcək, Avropa və Avro-Atlantik inteqrasiyanın koordinasiyası, müdafiə sahəsində əməkdaşlıq, təhlükəsizlik məsələlərini müzakirə edəcək, həmçinin ikitərəfli məsələlər üzrə ayrı-ayrı danışıqlar aparacaq.

Vladimir Zelenski Yunanıstanda səfərdə olan Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə də görüşəcəyini də əlavə edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Zelenski #Yunanıstana #səfər #edib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu