fbpx

Zeynəb Xanlarova ilə bağlı maraqlı fakt: Prezident onun üçün özəl təyyarə göndərib

BEY.AZ informasiya agentliyi xəbər verir


Ötən gün 86 yaşı tamam olan Xalq artisti Zeynəb Xanlarov ilə bağlı maraqlı fakt ortaya çıxıb.

Metbuat.az xəbər verir ki, aparıcı Sərxan Kərəmoğlu sənətçi ilə bağlı sosial şəbəkədə paylaşım edərək qeyd edib ki, Turqut Özalın həyat yoldaşı Səmra Özalın illər əvvəl Zeynəb Xanlarovanı özəl təyyarə ilə qardaş ölkəyə dəvət etdiyini və onun orada konsert verib:

“Bir gün Səmra Özal, rəhmətlik Turqut Özalın həyat yoldaşı dedi ki, Zeynəb xanımdan uzun zamandır xəbərim yoxdur. Zeynəb xanıma zəng vurdum və söylədim ki, Səmra xanım sizi soruşdu. Dedi bəs niyə nömrəmi verməmisən, mən o xanımı çox sevirəm. Səmra xanım söhbət əsnasında dedi ki, Türkiyə Cümhuriyyətində yeganə hadisədir ki, dövlət bir sənətçi üçün özəl təyyarə göndərdi ki, Zeynəb xanım öz kollektivi ilə gəlib konsert versin. Bu sözləri eşitmək mənim üçün çox qürurverici idi. 28 dekabr dünyanın Zeynəbinin ad günüdür. Mənim dəyərli bacım, sizi ürəkdən təbrik edirəm və demək istəyirəm ki, mən sizi ömürlük sevirəm”.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Zeynəb #Xanlarova #ilə #bağlı #maraqlı #fakt #Prezident #onun #üçün #özəl #təyyarə #göndərib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu