fbpx

“Zirə” klubu “Səbail”i darmadağın edib

BEY.AZ informasiya agentliyi xəbər verir


Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

Metbuat.az xəbər verir ki, günün ilk matçında “Zirə” “Səbail”i qəbul edib. Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında cavab qarşılaşması fevralın 13-də oynanılacaq.

1/4 finalın ilk oyunlarına bu gün gerçəkləşəcək “Sumqayıt” – “Qəbələ” matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, bu raundun ötən gün keçirilmiş matçlarında “Qarabağ” evdə “Keşlə”yə 1:0 hesabı ilə qalib gəlib, “Neftçi” isə “Sabah”la heç-heçə edib – 1:1.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu