fbpx

“Zirə” qələbəyə doymur – Azərbaycan Premyer Liqası

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Premyer Liqasında II turun oyunları davam edir.

Metbuat.az xəbər verir ki, ilk gündə daha bir görüş keçirilib.

I turun sürpriz komandaları “Zirə” və “Kəpəz” birincilərin meydanında üz-üzə gəliblər. Ötən həftə bakılıların çempion “Qarabağ”a, gəncəlilərin isə bürünc mükafatçı “Neftçi”yə qalib gəlməsi matça olan marağı daha da artırırdı.

Qarşılaşmanın taleyini bir qol həll edib. “Zirə” ikinci hissədə vurduğu yeganə qolla aktivinə növbəti 3 xalı yazdırıb. Komandaya 1:0 hesablı qələbəni 64-cü dəqiqədə fərqlənən Qismət Alıyev qazandırıb.

Bu qalibiyyət sayəsində Rəşad Sadıqovun kollektivi maksimum nəticə ilə yoluna davam edib.

Qeyd edək ki, turun ilk görüşündə “Araz-Naxçıvan” “Qəbələ”ni 2:0 hesabı ilə məğlub edib. Digər görüşlər avqustun 13-14-də keçiriləcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Zirə #qələbəyə #doymur #Azərbaycan #Premyer #Liqası

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu