fbpx

YUXU YOZMALARI – O

Obyektiv (fotoaparatda) – yuxuda fotoaparat obyektivi görən adama nəzər dəyəcək, o, bəd nəzərlər altındadır.
Ov nizəsi – yuxuda ov nizəsi ilə bir heyvanı yaralamaq – gəlirli bir işə girişib, bol pul qazanacağınıza işarədir.
Ov iti – işlərinizin tezliklə düzələciyinə işarədir.
Ovalıq (vadi) – röyada göz işlədikcə uzanan geniş bir ovalıq görmək – gənc bir qız üçün bu röya, sakit və rahat keçməyəcək bir ailə həyatına yozulur.
Ovsun – röyada birisinin ovsunlandığını, sehirləndiyini görmək- bu yuxu kişilər üçün dostluqda hansısa bir sui istifadə halının üzə çıxacağını, ərə getməmiş qadın üçün sevgilisinin əlindən alınma təhlükəsinə, evli bir qadın üçün isə böyük bir sirrə ortaq olacağı anlamına gəlir.
Oğlaq -röyada oğlaq uşağa yozulur. Boğazlanmış oğlaq görənin uşağı ölər.Bir oğlaq sahibi olduğunu görmək- uşağınız olacaq deməkdir. Yemək üçün oğlaq kəsmək- uşağınıza səbəb əlinizə sərvət keçəcəkdir.
Oğlan uşağı – yuxuda oğlan uşağı görmək – etibarlı dostlarınızın olduğuna, bütün hərəkətlərinizin hamı tərəfindən qayğıyla qarşılandığına yozulur.
Oğru (oğurluq) – röyada qorunan bir şeyi oğurlamaq zinakarlığa və məqsədinə çatmağına yozulur. Əgər röyada görünən oğru tanınırsa, həmin oğru malını çaldığı kimsədən fayda görəcək, ondan bir elm, sənəti, ya da bir sözü öyrənəcək. Yuxuda tanınmayan oğru da bu şəkildə yozulur. Röyada bir evdən qulluqçulara aid bir şeyi oğurlamaq – bu yuxu onlardan birisinin öləcəyinə işarədir. Əgər röyada tanınan biri gümüş pul oğurlayarsa, bu həmin adamın pis söz söhbət gəzdirdiyini göstərir. Oğru yaşlıdırsa və tanınmırsa – röya sahibinin bir dostu onun əleyhinə söz gəzdirir və onu pisləyir. Cavan oğru – röya sahibinin düşməni onun əleyhinə söz gəzdirir. Çeşidli yozumlara görə, röyada oğurluq etmək – gözəlliyə və xeyirə əlamət sayılır. Eyni zamanda yuxuda oğurluq edən adamın evinə oğru girməsindən ehtiyat edilir. Röyada görülən oğurluq oğrunun işləyəcəyi günahı ifadə etdiyi üçün zinakarlığa və yalana da yozulur.
Oğul-uşaq – röyada qucaqda gəzdirilən balaca uşaq görmək- üzüntü və kədər, həddi buluq yaşına yaxın oğlan isə, müjdəyə yozulur. Röyada həddi buluğa çatmış oğul – qüvvəti və qüdrəti ifadə edir. Quran oxumağı bilən bir adamın məktəbə gedən oğlu olduğunu görməsi – röya sahibi günahının bağışlanmasını istəyir deməkdir. Yuxuda yeniyetmə bir oğlu olduğunu görən adam anası tərəfindən mirasa qovuşacaq. Çoxlu uşağı olduğunu görmək – üzüntü və kədəri bildirir. Görülən uşaq oğlandırsa, röya sahibinin aqibəti yaxşı, qızdırsa- pis olacaq. Subay adamın yuxuda körpə bir uşağı olduğunu görməsi – o adam qüdrət və izzət sahibi olacaq, sağlam və əminamanlıq içində yaşayacaq, işində uğur qazanacaqdır. Röyada görülən kiçik uşaqlar – xırda-para üzüntülərə sayılır. Qucağında qışqırıb ağlayan bir uşaq tutduğunu görən adam ud çalan olacaq. Müxtəlif yozumlara görə, röyada görülən oğlan uşaqları- var-dövlətə, xeyrə də yozulur.
Od (yanğın) – odla ilgili yuxular müxtəlif cür yozulur. Qaranlıq gecədə xalqa yol göstərmək məqsədilə od qalanması elmə və biliyə yiyələnmək mənasına gəlir. Gündüz çağı yol üstündə od qalanması boş şeylərlə məşğulsunuz. Oda ibadət etmək – savaşçı və qovğaçı olduğunuza, günah işlərlə şeytana qulluq göstərdiyinizə işarədir. Qış günündə od qalamaq və istisində qızınmaq – zənginliyə, var-dövlətə, od yediyini görmək – dustaqxanaya düşməyə; Oda girib çıxmaq – cənnətə düşməyə; Oda girmək – malından dolayı zərərə və cəhənnəmə düşməyə yozulur. Bu cür yuxular görən adamın günah işlərdən çəkinməsi gərəkdir. Alovlu və gur bir tonqalın ətrafında adamların dövrə vurduğunu görmək – bərəkətə işarədir. Çöldə od görüb rahat olmaq- vəhşət və yalnızlıqdan firavan həyata qovuşacaqsınız. Taxıl zəmilərinin yandığını görmək – taxılın qiyməti artacaq. Üstündə qazan olmayan ocaq görmək- evi qoruyan gözətçidən zərər yetişəcək. Üstündə qazan, ağzında tüstüsüz ocaq görmək – yuxunu görən həccə gedəcək.Bir məhəlləyə, ya da şəhərə od düşdüyünü görmək – o yerdə müharibə olacaq və ya çiçiək, taun, vəba kimi məhvedici xəstəliklər epidemiya halını alacaqdır. Göydən od yağdığını görmək- o yerdə yaşayanlar şiddətli və dəhşətli sıxıntılara məruz qalacaq. Alovun göyə qalxdığını görmək – həmin yerin adamları qorxusuz, hürküsüz günah işlərlə məşğul olaraq, Uca Tanrıya qarşı sayğısızlıq göstərirlər. İsinmək və ya başqasını isitmək üçün od qalamaq – hədə-qorxuyla, təhriklə bir şeydən faydalanmaq, bu yolla yoxsulluqdan qurtarmaq anlamına gəlir. Od üstündə kabab çəkmək – camaatın əzab və iztirablarına, məyusluğuna səbəb olacaq bir sözə yozulur. Kababdan yemək isə – gündəlik ruzi anlamını verir. Od üstündə qazan qaynatmaq – yuxu sahibi öz qulluqçusu və ya işlərini görən bir kimsə tərəfindən gələcək gəlirindən məhrum olacaqdır. Paltarın yandığını görmək – pal-paltarla bağlı zərərə düşəcəksiniz. Xəyali yanğın – qorxulu vəziyyətdə olan adam üçün əminamanlığa və təhlükəyə yozulur. Öz evindən alov çıxdığını görmək – röyanı görən bir vilayətə vali təyin ediləcək, yaxud kommersiya və peşə fəaliyyətində güc-qüdrət sahibi olacaqdır. Bir adam öz ocağının nuruyla, işığıyla qərbdən-şərqə bütün dünyanın aydınlaşdığını görərsə – bu röya onun dünyaca məşhur olacağına, dünya şöhrətli elm adamı kimi tanınacağına yozulur. Evinə yanğın düşdüyünü görmək – ucuzluq, bolluq, var-dövlət anlamını verir. Alovun başından yuxarı qalxdığını görmək – röya sahibinin arvadı boyludursa gözəl bir oğlan uşağı dünyaya gətirəcək. Dağ başında ocaq qalamaq – mənəviyyatın sağlamlığına, Allaha yaxınlığına, Röya sahibi qürbətdədirsə – sağ-salamat yurduna dönəcəyinə yozulur. Alov içində olmaq, lakin yanmamaq – mələyə yaxınlaşaraq onunla söhbətdə bulunacaq və başınızdan keçənləri anladaraq, düşmən üzərində zəfər çalacaqsınız. Evdə yanan ocağın nuru ailə üçün faydalı olur, lakin bu nurun söndüyünü görmək – o evin böyüyünün vəfat edəcəyinə işarədir. Sönmüş ocağı külək közərdərsə – o evə oğru girəcək. Od eyni zamanda, cin tayfasına, qıtlığa və çəyirtkə basqınlarına da yozulur. Fırın ocağı – sərvəti və gəliri bildirir. Yuxuda qazan içində alov görənlər – yerli-yersiz danışar, cin və pərilərin təsiri altında olan tutmalı adamlar kimi havalı sözlər söyləyərlər. Alov yemək – gümüş və qızıl qablarda haram yeməyə yozulur, bəzən də kasıblarla dostluq etmək mənasına gəlir. Odun çox gur yanması – itkiyə və ölümə işarədir.
Oda (otaq) – röyada oda görmək – girişdiyiniz işdə və mübarizədə çətin də olsa böyük uğur qazanacaqsınız.
Odekolon – röyada odekolon qoxulamaq, sıxıntı içində olduğunuza və bir müddət bu sıxıntının davam edəcəyinə yozulur.
Odun – röyada yanan ocağa odun atmaq – cavan oğlan üçün dost bilib görüşdüyü bir nəfərin ona düşmənçilik edəcəyinə; təcrübəli, yaşlı olanlar üçün – mənsəb sahibi olmaq ehtimalına; gənc qız üçün – ağac emalı və ya texnika sahəsində çalışan bir mühəndisə ərə gedəcəyinə; evlilər üçün – pul ucbatından qovğaya düşməyə yozulur.
Oyaq qalmaq – röyada oyaq qaldığını görmək- röya sahibinin yaxınlarından birinin itgisinə işarədir. Gecə oyaq qaldığını və yata bilmədiyini görən adam dostlarından ayrılacaq. Yuxuda özünü oyaq görmək işlərin doğru yolda olduğunu, çirkin işlərdən uzaq durmağı, uzun ömür ifadə edir. Röyada yatan bir adamı oyandırmaq röya sahibinin yatan adamı doğru yola sövq etdiyini göstərir.
Oyanmaq – yuxuda özünü oyanmış olaraq görmək – ciddi və səmimi hərəkət, iqbal, tövbə, ticarət və səfərdən əldə olunacaq qazanc anlamına gəlir.
Oymaq -röyada oyma sənəti ilə məşğul olmaq və ya oymalı taxta görmək – kədərli xəbər anlamındadır.
Oynaş – röyada oynaş tutmaq və ya kiməsə oynaş olmaq- başınızda böyük bir fəlakətin dolaşmaqda olduğunu xəbər verir.
Oyun kartı (qumar) – röyada kart oyunu oynayan adamın işlərində hiylə var. Bu səbəbdən gördüyü işlərdən zərər görəcək. Röyada möhürü açılmamış bir dəst oyun kartı görmək – sizə heç də dost duyğular bəsləməyən şəxslərin əleyhinizə çalışmaqda olduqlarına işarədir. Dəst açılmışsa sizi tutduğunuz mövqedə ləkələmək, zərər vermək üçün tutulan işlərin uğursuz olacağına yozulur.
Oyun oynamaq – qürura, istehzaya,dini baxımdan qüsurlru olmağa yozulur. Nərd oynamaq- mənəvi yüksəkliyə, ləyaqətə və ya lağlağılığa işardir. Qumar oynamaq- önəmli bir işdə rəqabətə dəlalət edir. Futbol oynamaq – düşmənlə barışmaq deməkdur. Röya sahibi xəstədirsə yaxşılaşacaq.
Oyuncaq – Yuxuda özünü oyuncaqla oynayan görmək ürəkaçan yaxşı vəziyyətə, əyləncəli bir toplantıya, dəvətə yozulur. Əgər oyuncaq satın alınarsa və ya hədiyyə edilərsə, peşmanlığı uzun sürəcək bir xətaya düşəcəyinizi bildirir. Röyada oyuncaq almaq – yaxın vaxtlarda şad bir xəbər alacaqsınız. Uşaqları əyləndirmək üçün oyuncaqla oynamaq- mərhəmətsizlik üzündən bəzi itkilərə uğrayacaqsınız. Oyuncaq dükanı işlətmək- röya sahibinin yüksək dairələrdəki etibarı gözlədiyindən də artıqdır.
Omar (dəniz xərçəngi) – Yuxuda omar görən adam bəxt, qismət sahibi olacaq. Omar diri görülərsə əlinizı böyük miqdarda pul keçəcəkdir.
Omba (bud) – Röyada omba görmək – röya sahibinin ailəsinin və ya mənsub olduğu qəbiləni, milləti ifadə edir. Ombasında bir qüsur olduğunu görmək – yuxu görənin kimsəsizliyinə, qərib olduğuna işarədir. Ombasında ağrı hiss edən adam öz millətinə bir pislik edəcək. Ombasını özündən aralı görmək – röya sahibi aciz duruma düşəcək, lakin bu zavallı vəziyyətdən qurtulacaqdır. Bir parça ətin ombasına yapışdığını görmək – özünün olmayan bir uşağı röya sahibinin boynuna qoyacaqlar. Yuxuda omba görmək eyni zamanda evin dirəyi, ata-ana, uşaq, var-dövlət, qazanc və mənfəət anlamına da gəlir.
Omlet(yemək növü) – bir ziyafətə dəvət ediləcəksiniz.
Onbaşı(yefreytor) – Yuxuda onbaşı rütbəsində bir hərbiçi görmək xeyirə əlmətdir, həyatda uğur qazanacağınıza işarə sayılır.
Opera – bəzi anormal durumların ortaya çıxa biləcəyinə yozulur.
Oraq – Ruziyə, doğru xəbərlərə, yaxud da ömrün sonuna yozulur.
Ordu – yuxuda ordu bir pozğunluzun və qarışıqlığın qarşısının alınacağına, orduda olmaq isə düşmənin hücumuna yozulur.
Orman (meşə) – Yuxuda bir meşədə gəzmək, yaxud ağac kəsmək-içşləri yoluna qoymaq və qaydasına salmaq üçün öncə bütün əngəlləri ortadan qaldırmağın gərəkliyini göstərir. Sıx ağaclarla örtülü meşədə aslan yatağı görmək- fəryada və fitnəkar bir adamın fəsadçı işləklərinə yozulur.
Ortanca çiçəyi – yuxuda ortanca çiçəyi – qara dəniz bölgəsinə çıxılacaq səyahətə işarədir.
Oruc tutmaq – röyada oruc tutduğunu görmək- nəzir etməyə, deyilən nəzir- niyazı ödəməyə, oruc tutmağa yozulur. Oruclu bir kimsənin orucunu pozması onun sağlamlığına və ya bir yerə səfər edəcəyinə işarədir. Bilmədən oruc pozmaq- gözəl ruziyə nail olacaqsınız. Özünü oruclu görmək röya sahibinin mənəvi ucalığını və tövbəyə nail olacağını göstərir. Ramazan ayında oruclu olduğunu görmək – Şəkk-şübhə etdiyiniz bir iş alınacaqdır. Oruc ayında qəsdən orucunu pozmaq – qəsdən və bilərəkdən adam öldürməyə yozulur. Yuxuda oruc tutmaq bəzən xəstənin vəfatı kimi də yozula bilər.
Ot – röyad gözəl qoxulu və qur ot görmək – keçici bir fəlakəti; heç qorusu olamayan otluq – bir əşyanızın və ya var-dövlətinizin oğurlanacağını, əlinizdən gedəcəyini xəbər verir.
Otaq iti – Yuxuda otaq iti görən adam ailə xoşbəxtliyi baxımından çətin vəziyyətdə qalacaq. Bu vəziyyətdə ən yaxşı davranış ailənin böyükləri ilə məsləhətləşmək, onların sözü ilə oturub durmaqdır.
Otlaq – Yuxuda yaşıl bir otlaq görmək – muradınıza çatacaqsınız.
Ox – Röyada görülən ox başqa məmləkətlərə göndərilən elçiyə, məktuba, ya da düşmənə qalib gəlməyə yozulur. Qadının yuxuda ox görməsi o qadının ərini ifadə edir. Röyada ox ataraq hədəfə düz düşən adam əgər uşaq arzusundadırsa oğlu olacaq.
Oxatan (oxçu) – Röyada oxçu görmək-cəsus anlamına gəlir. Eyni zamanda, yolçuluğa, sıxıntaya, rahatsızlığa, hərbə və qədər-qismətə də yozula bilər.
Oxlov – acı söz eşidəcəksiniz.
Oxucu – yuxuda oxucu görmək- söz eşitməyən, öyüd-nəsihət qəbul etməyən bir adama öyüd verməyə, elçiliyə, vəkalətə, amirliyə, yasaq və qadağanlara, önəmli işlərdə yüksəlməyə, gözəl şöhrətə işarədir. Kitab və s. oxucu görmək – əndişəli, vəsvəsəli xəstəyəvə kitab yiyəsini sevməyə yozulur.
Ocaq (soba) – Röyada tək-təmha bir soba qırağında oturmaq – min cür dedi-qoduya və hiylələrə düçar olamaqdır. Ocaq səmimi dostlarla oturub söhbət etmək-böyük bir sədətə qovuşacaqsınız. Yanan ocaq-yeni ürək dostları qazanmağa işarədir. Dəmir soba kömür görmək-var-dövlətdir. Mis və ya tunc soba-dünya zinətlərinə malik olan bir ailənin xanımına işarədir. Ağacdan düzəldilmiş soba-var-dövlət sahibi olan, eynio zamanda böhtançı adamların həyat yoldaşını ifadə edir. Palçıqdan tikilmiş soba-dini kamli və aydın olan bir ailədə tərbiyə almış qadın anlamındadır. Subay adamın ocaq görməsi evliliyə; evlidirsə-arvadının hamilə olmasına; xaçpərəstdirsə müsəlman olacağına yozulur.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin