Əminə Ərdoğan Sərvər Bəşirlini iftara dəvət etdi

BEY.AZ informasiya agentliyi xəbər verir
Türkiyənin birinci xanımı Əminə Ərdoğan Türkiyə-Azərbaycan qardaşlığının simvoluna çevrilmiş Sərvər Bəşirlini, onun yaxın qohumları İmamverdi Bəşirlini və daha bir yaxın qohumunu prezident sarayına iftar yeməyinə dəvət edib.
bey.az Musavat.com-a istinadən xəbər verir ki, dəvət məktubunda qeyd edilib: “Əminə Ərdoğan Prezident Sarayında 18 aprel 2023-cü il tarixdə, çərşənbə axşamı saat 19:36-da verəcəkləri iftar yeməyinə qatılmağınızı rica edir”.
İftar yeməyindən sonra isə xatirə fotoları çəkilib.
Qeyd edək ki, Sərvər Bəşirli Türkiyədə fevralın 6-da baş verən dəhşətli zəlzələ zamanı qırmızı rəng köhnə maşını ilə yorğan-döşək daşıyaraq Türkiyəyə yardım kampaniyasına qoşulmuşdu. Onun yardım zamanı çəkilən fotosu gündəm olmuşdu.
![]()
![]()
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Əminə #Ərdoğan #Sərvər #Bəşirlini #iftara #dəvət #etdi





